• Bakı 16° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Realın futbolçusuna qarşı cinayət işi açıldı
İDMAN
15 May 2025 | 13:10

"Real"ın futbolçusuna qarşı cinayət işi açıldı

Məhkəmə "Real"ın futbolçusu Raul Asensio və onun Madrid təmsilçisinin gənclərdən ibarət kollektivindəki sabiq komanda yoldaşlarına qarşı cinayət işi açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Oyunçular yetkinlik yaşına çatmayan qızın razılığı olmadan onun iştirak etdiyi intim videonu çəkməkdə və yaymaqda ittiham edilirlər.

Asensiodan başqa, Andres Qarsiya və Xuan Rordiqesə də ittiham irəli sürülüb. Hadisənin 2023-cü ildə baş verdiyi bildirilib. Zərərkəçənin anasının sözlərinə görə, futbolçular 16 yaşlı qızın videosunu çəkib, sonra isə yayıblar.

Qeyd edək ki, 22 yaşlı Raul Asensio 2024-cü ildə "Real"ın əsas komandasında debüt edib. O, cari mövsüm bütün turnirlərdə 51 oyunda meydana çıxıb.


SON XƏBƏRLƏR