• Bakı 20° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Ronaldo dubl etdi, Əl Nəsr çempion oldu
İDMAN
22 May 2026 | 09:12

Ronaldo dubl etdi, "Əl Nəsr" çempion oldu

​"Əl-Nəsr" klubu öz tarixində 10-cu dəfə Səudiyyə Ərəbistanı Pro Liqasının çempionluq kubokunu başı üzərinə qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, ​Kriştiano Ronaldu son turda "Damak" klubuna qarşı keçirilən həlledici oyunda dubl edərək komandasını qələbəyə daşıyıb və "Əl-Nəsr" forması ilə ilk liqa çempionluğunu qazanıb.

Bununla da portuqaliyalı superulduzun uzun müddətdir davam edən kubok həsrətinə son qoyulub.

​Sarı-göylər turnir cədvəlində son ana qədər gərgin mübarizə apardıqları əzəli rəqibləri "Əl-Hilal" klubunu qabaqlayaraq taxtın yeni sahibi olublar. 

Qeyd edək ki, paytaxt təmsilçisi daxili çempionatda sonuncu dəfə 2019-cu ildə qələbə sevinci yaşamışdı.

 


SON XƏBƏRLƏR

21 May 2026