Almaz sənayesi dünyada həm iqtisadi, həm də strateji baxımdan mühüm sahələrdən biri hesab olunur. Xüsusilə Rusiya kimi təbii sərvətlərlə zəngin ölkələrdə bu sahədə əldə olunan hər bir nadir tapıntı qlobal miqyasda maraqla qarşılanır.
Bakıvaxtı.az xəbər verir ki, Yakutiyada Rusiya tarixində qeydə alınmış ən iri ölçülü və qiymətli daş keyfiyyətində almaz çıxarılıb.
Məlumata əsasən, tapılmış kristal bəzək üçün yararlı, kəhrəba çaları olan və 468,30 karat çəkidədir.
"Alrosa" şirkətinin baş icraçı direktoru bildirib ki, belə nadir daşın məhz İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə təsadüf etməsi xüsusi simvolik məna daşıyır. Bu səbəbdən, şirkət bu nadir tapıntıya sözügedən tarixi hadisənin xatirəsinə uyğun ad vermək qərarına gəlib./milli.az