Rusiyanın Krasnodar diyarında təxminən 43 min sakin hava şəraiti səbəbindən elektrik təchizatından məhrum qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Venyamin Kondratyev "Telegram" kanalında məlumat yayıb.
"Ən çətin vəziyyət Beloreçensk, Apşeron, Kurqaninsk, Labinsk və Ust-Labinsk rayonlarının ayrı-ayrı yaşayış məntəqələrində, həmçinin Armavir və Soçidə yaranıb", – deyə o vurğulayıb.
Kondratyevin sözlərinə görə, 120-dən çox qəza briqadası hava şəraitinin fəsadlarını aradan qaldırır.
Son bir neçə gündə bölgəyə çoxlu yağıntı düşüb, bu isə qarın yığılmasına və naqillərin buz bağlamasına səbəb olub.
Əvvəllər bölgədə hava şəraiti ilə əlaqədar 55 qatarın hərəkətində gecikmələr olduğu bildirilmişdi./Report
Bakı 












