• Bakı 23° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

“Samsung” şirkətinin rüblük əməliyyat mənfəəti azalıb
DÜNYA
08 Iyul 2025 | 14:25

“Samsung” şirkətinin rüblük əməliyyat mənfəəti azalıb

“Samsung Electronics” 2025-ci ilin ikinci rübündə əməliyyat mənfəətini illik müqayisədə 56 faiz azaldaraq təxminən 4,6 trilyon Cənubi Koreya vonu (3,3 milyard ABŞ dolları) səviyyəsinə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin ilkin hesabatında bildirilir.

Analitiklərin hesablamalarına görə, şirkətin mənfəəti 6,2 trilyon von səviyyəsində gözlənilirdi. Lakin əməliyyat mənfəəti son bir ildən çox müddət ərzində ən aşağı səviyyəyə düşüb.

Son iki ildə ilk dəfə qeydə alınan rüblük mənfəət azalması Çinə qabaqcıl mikroçiplərin tədarükü ilə bağlı məhdudiyyətlərlə əlaqələndirilir.

“Samsung”un məlumatına görə, şirkətin gəliri ötən rübdə demək olar ki, dəyişməyərək 74 trilyon von təşkil edib.

2025-ci ilin əvvəlindən bəri “Samsung” şirkətinin kapitallaşması 15 faiz artaraq 405 trilyon vona yüksəlib. Şirkətin ikinci rübə dair tam hesabatı iyulun 31-də dərc olunacaq.


SON XƏBƏRLƏR