Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəki rayonunun Aşağı Göynük kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğın söndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirə salınmaz tədbirlər nəcitəsində yanğın qısa müddətdə söndürülüb.
***
17:12
Şəkidə Türkiyə vətandaşının idarə etdiyi TIR yanıb.
Bakıvaxtı.az xəbər verir ki, günorta saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində Azərbaycan vətandaşı Tağı Fəxrəddin oğlu Orucova məxsus, lakin 53 yaşlı Türkyə vətandaşı Canaydin Temel Rizanın idarə etdiyi “Mercedes-Actros” markalı TIR-da yanğın baş verib.
Yanğının genişlənərək ətraf əraziyə yayaılmasının qarşısı dərhal alınıb. TIR-n yük hissəsinin yanar konstruksiyaları və yük hissəsində olan porfimeya və kosmetika məhsulları yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.