Serbiya aprel ayında xarici tərəfdaşla birgə öz ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.
Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç "Serbiya 2030" milli strategiyasının təqdimatı zamanı bildirib.
"Biz əvvəllər də bununla məşğul olurduq, müxtəlif versiyaları yığırdıq, lakin indi aprelin sonundan etibarən bir xarici tərəfdaşla birgə Serbiya ərazisində dronların tam istehsalı başlayacaq", - o deyib.
Bundan əlavə, Serbiya lideri silahlı qüvvələrin İsrail nümunəsi üzrə texnoloji modernləşmə planları barədə bildirib.
Serbiya Prezidenti, həmçinin payızdan gec olmayaraq respublikada Çinin "Mint" şirkətinin iştirakı ilə ilk humanoid robot istehsalı fabrikinin fəaliyyətə başlayacağını elan edib.
"Bu müəssisənin Loznitsaya cəlb edilməsində şəxsən iştirak etdiyim üçün fəxr edirəm. Biz təlim və robototexnika üçün tam sistemlər kompleksi yaradırıq. Serbiyada müxtəlif tapşırıqlar üçün 1 000 belə robot və çoxsaylı funksiyalara malik 10 000 robot-it istehsal olunacaq. Mən gələcək üçün süni intellektə böyük əhəmiyyət verirəm", - Vuçiç vurğulayıb.
Bakı 



jpeg-1772896666.jpeg)








