• Bakı 18° C

    12.79 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Sudanın yeni baş naziri hökuməti buraxıb
DÜNYA
02 Iyun 2025 | 00:15

Sudanın yeni baş naziri hökuməti buraxıb

Sudanın yeni baş naziri Kamil İdris hökumətin buraxıldığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sudan” xəbər agentliyi məlumat yayıb.

K. İdris nazirlərə və onların müavinlərinə yeni kabinet formalaşana qədər vəzifələrini icra etmələri barədə göstəriş verib.

Mayın ortalarında Sudanın Suveren Şurasının (ölkənin müvəqqəti idarəetmə orqanı) sədri Əbdülfəttah əl-Burhan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının keçmiş rəhbəri və prezidentliyə namizəd Kamil İdrisi baş nazir təyin edib.


SON XƏBƏRLƏR