• Bakı 24° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Sumqayıtda tekstil fabrikindəki yanğın söndürülüb - YENİLƏNİB
HADİSƏ
19 Iyun 2025 | 12:13

Sumqayıtda tekstil fabrikindəki yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində başlayan yanğın məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinini canlı qüvvə və texnikasının operativ müdaxiləsi sayəsində fabrikdəki yanğın tam söndürülüb.

***

11:54

Sumqayıtda tekstil müəssisəsində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Sülh prospektində yerləşən tekstil istehsalı ilə məşğul olan fabrikdə qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır.

    İlkin məlumata əsasən, yanğının yaranmasına səbəb kimi pambıq tullantılarının alışması göstərilir.

    Faktla bağlı araşdırma gedir.


    SON XƏBƏRLƏR