Azərbaycanda tanınmış musiqiçi, aranjemançı və bir çox məşhur sənətçilərlə əməkdaşlıq etmiş Vüsal Ömərovun ailəsində xoş gün yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, uğurlu musiqi layihələri tanınan Vüsal Ömərov bu dəfə səhnədə deyil, ailəsində xüsusi və yaddaqalan bir günü qeyd edib.
Belə ki, Ömərov ailəsinin əkiz övladları, Nurlan və Ayxanın kiçik toy mərasimi keçirilib.
Eyni zamanda, həmin gün ailə başçısı Vüsal Ömərovun doğum gününə təsadüf edib.
Beləliklə, ailə həm övladlarının sevinci, həm də Vüsal bəyin yeni yaşı münasibətilə ikiqat bayram yaşayıb.
Ənənələrə uyğun şəkildə təşkil olunmuş tədbirdə ailənin yaxınları, dostları və tanınmış sənət adamları iştirak ediblər. Mərasim musiqi sədaları, xoş arzular və səmimi dualarla müşayiət olunub.
Körpələrə sağlam, uğurlu və nurlu ömür, Vüsal Ömərova isə ailəsi ilə birlikdə uzun, bərəkətli və xoşbəxt bir həyat arzulanıb.
Tədbirdə Azərbaycanın xalq artistləri Alim Qasımov, Fərqanə Qasımova, tanınmış nağara ifaçısı Natiq Şirinov, məşhur prodüser Asif Kərimov, bəstəkar Vüqar Camalzadə, Mirələm Mirələmov, tanınmış sənətçilər Kəmalə Qaramollayeva, Ramal İsrafilov, Elnur Məmmədov, Tunar Rəhman, Zabit Nəbizadə, Rövşən Əziz, Vüsal və Valeh İsrafilovlar, əməkdar artist Elza Seyidcahan və digər məşhur simalar iştirak ediblər. Onlar öz təbriklərini çatdıraraq ailənin bu əlamətdar günündə onların sevincinə şərik olublar.
Valideynlər bu xüsusi gün münasibətilə onları tək qoymayan, təbriklərini göndərən və tədbirdə iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər: