Çinlə suverenlik mübahisəsi olan Tayvanda amfibiya müdafiə təlimlərinin keçirildiyi günlərdə Tayvan ətrafında hərbi fəallığın artdığı bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Belə ki, Tayvan Müdafiə Nazirliyi son 4 gündə verdiyi açıqlamalarda Çin döyüş təyyarələrinin adanın ətrafında cəmi 131 uçuş həyata keçirdiyini və ümumilikdə 39 gəmi patrulunun təsbit edildiyini bildirib.
Qeyd edilib ki, Çin döyüş təyyarələri Tayvan boğazında tərəflərin təsir dairələrini ayırdığı qəbul edilən median xəttini 90 döyüş əməliyyatında keçərək Tayvanın "Havadan Müdafiə Tanıma Zonası (ADIZ)" elan etdiyi bölgədə uçuşlar həyata keçirib.
Əli Hüseynov