ABŞ-də “Patriot” hava hücumundan müdafiə raketlərinin ehtiyatları Pentaqonun hərbi planlarını həyata keçirmək üçün lazım olan səviyyənin 25%-nə düşüb.
Bakıvaxtı.az "The Guardian" qəzeti istinadən xəbər verir ki, Ukraynaya hərbi yardım göndərilməsi,ABŞ-nin İranın İsrail ərazisinə və Qətərdəki bazasına hava hücumlarını aktiv şəkildə dəf etməsi, o cümlədən İran-İsrail münaqişəsinin kəskinləşməsi "Patriot" raketlərinin ehtiyatının kəskin azalmasına səbəb olub.
Nəşr qeyd edb ki, Tramp administrasiyasının Kiyevə silah tədarükünün dayandırılması ilə bağlı son qərarı Pentaqonun Amerika hərbi əməliyyatlarının uğurla həyata keçirilməsi üçün zəruri olan silah ehtiyatlarının səviyyəsini müəyyən etmək üçün istifadə etdiyi qlobal sursat sayğacının məlumatlarına əsaslanıb. Bu rəqəm 2022-ci ildə Ukraynaya irimiqyaslı silah tədarükünün başlanmasından bəri minimum həddən aşağıdır.
Qəzetin mənbələrinə görə, Pentaqon ABŞ-nin tükənmiş silah ehtiyatlarını tez bir zamanda artırmaq qabiliyyətinə şübhə edir.
Gülşən Şərif