• Bakı 30° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Tramp: Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşmə bağlamağa hazırdır
DÜNYA
13 Avqust 2025 | 16:08

Tramp: Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşmə bağlamağa hazırdır

Avropa liderləri Ukraynada böhranın nizamlanmasına nail olmaq istəyirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Tezliklə Avropa liderləri ilə danışacağam. Onlar razılaşmanın əldə olunmasını istəyən çox gözəl insanlardır", - o, Avropa ölkələrinin liderləri ilə onlayn sammit ərəfəsində “Truth Social” şəbəkəsində yazıb.

Qeyd edək ki, bu gün Almaniya Kansleri Fridrix Mertsin təşəbbüsü ilə Ukraynada sülh məsələsinə həsr olunmuş onlayn sammit keçiriləcək. Sammitdə Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa dövlətlərinin başçıları və artıq Berlində olan Ukrayna Prezidenti Volodimir Zelenski iştirak edəcəklər.

Sammit Trampın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 15-də keçiriləcək görüşü ilə əlaqədar təşkil olunur.


SON XƏBƏRLƏR

13 Avqust 2025