• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Tramp Rusiyaya iki həftə vaxt verib
DÜNYA
22 Avqust 2025 | 22:42

Tramp Rusiyaya iki həftə vaxt verib

 ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmayacağı təqdirdə onu sanksiyalarla hədələyib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ liderinin çıxışı Ağ Evin sosial şəbəkələrdəki səhifələrində yayımlanır.

Tramp vurğulayıb ki, iki həftə ərzində Ukraynadakı müharibənin həlli ilə bağlı çox mühüm qərar qəbul edəcək. Onun sözlərinə görə, belə bir qərara sanksiyalar, tariflər daxil ola bilər: "Lazım gələrsə, mən iki həftə ərzində Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verə bilərəm".

Bu iki həftə ərzində o, Moskva və Kiyevin münaqişənin nizamlanmasına yanaşmalarını öyrənmək istəyir. Bundan sonra o, Ukraynada sülh danışıqlarının dayanmasına kimin cavabdeh olduğunu müəyyən edəcək.


SON XƏBƏRLƏR

22 Avqust 2025