• Bakı 12° C

    11.32 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Ukraynaya göndərməyə Patriotumuz yoxdur - ABŞ
DÜNYA
26 Aprel 2024 | 21:44

Ukraynaya göndərməyə "Patriot"umuz yoxdur - ABŞ

ABŞ-da hələ Ukraynaya verilə biləcək pulsuz "Patriot" hava hücumundan müdafiə sistemləri yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Amerika Patriot sistemləri hazırda bütün dünyada, o cümlədən Yaxın Şərqdə ABŞ qoşunlarını qorumaq üçün yerləşdirilib. Əgər əlavə Amerika batareyalarını boşalda bilsək, onları (Ukraynaya - red.) göndərəcəyik", - Sallivan söyləyib.

Sallivan əlavə edib ki, ABŞ Avropa və dünyanın digər regionlarındakı tərəfdaşlarını Kiyevi mövcud hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə inandırmaq niyyətindədir.


SON XƏBƏRLƏR