• Bakı 24° C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Volqoqradda PUA hücumundan zərər çəkən 14 sakin sığınacaqlara yerləşdirildi
DÜNYA
13 Avqust 2025 | 09:34

Volqoqradda PUA hücumundan zərər çəkən 14 sakin sığınacaqlara yerləşdirildi

Volqoqradda pilotsuz uçuş aparatının hücumu nəticəsində zədələnmiş çoxmərtəbəli binanın 14 sakini müvəqqəti yaşayış yerinə köçürülüb.

Bakıvaxtı.az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, şəhər administrasiyası bildirib ki, zərərçəkənlər 3 saylı tam orta məktəbin binasında yerləşdirilib. Onlar üçün müvəqqəti yerləşdirmə mərkəzində yataq yerləri və isti yeməklər təmin olunub.

Bildirilib ki, hadisə yerinə iritutumlu avtobuslar göndərilərək sakinlərin təhlükəsizliyi təmin edilib. Hazırda dağıntıların aradan qaldırılması işləri davam etdirilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

13 Avqust 2025