• Bakı 16° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Xocavənd rayonunda “Torqovı” qiymətinə tövlə icarəsi - Sahibkar Prezidentə müraciət etdi
CƏMİYYƏT
06 May 2025 | 15:53

Xocavənd rayonunda “Torqovı” qiymətinə tövlə icarəsi - Sahibkar Prezidentə müraciət etdi

Xocavənd rayonu ərazisində qoyunçuluqla məşğul olan İbişov Mirmehdi Şakir oğlu Prezident İlham Əliyevə müraciət edib.

Bakıvaxtı.az azpolitika-ya istinadən xəbər verir ki, fərdi sahibkar, icarə haqlarının yüksək olmasından narazlığını ifadə edib.

M.İbişov bildirir ki, təsərrüfatında 197 baş qoyun, quzu var. Bu ilin mart ayından Ağdam, Xocavənd və Füzuli rayonları üzrə təmir-bərpa publik hüquqi şəxsdən Xocavənd rayonu ərazisindən icarəyə tövlə götürüb.

“Tövlənin kvadrat metrin aylıq 1 manatdan(700 manat) icarəyə veriblər.Təsərrüfatın digər xərclərində nəzərə alsaq, aylıq 2000 manat xərcim çıxır. Bu xərc xırda sahibkarı məhv etmək deməkdir. Ayda 700 manat ödəniş “Torqovı”da obyekt icarəsinə bərabərdir. Biz Qarabağı dirçəltmək, didərgin düşmüş insanlarımızla doğma yurd yerlərimizə həyat gətirmək istəyirik. Ancaq bu qiymətlərlə müflis olmağa məhkumuq. Azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara güzəştlər etmək əvəzinə onları müflis edirlər” –deyə, o, bildirib.

Sahibkar ölkə başçısından xahiş edir ki, icarə haqlarına yenidən baxılmasına və onlara dəstək verilməsinə kömək göstərilsin.

Sahibkarın müraciəti ilə bağlı Ağdam, Xocavənd və Füzuli rayonları üzrə təmir-bərpa publik hüquqi şəxsdən “AzPolitika”-ya bildirildi ki, icarə məbləğləri Əmlak Məsələləri Komitəsi tərəfindən müəyyən edilir. Toplanan vəsaitin bir hissəsi publik hüquqi şəxsin balansında qalır, digər hissəsi isə Komitənin hesabına köçürülür.


SON XƏBƏRLƏR