• Bakı 16° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Yəmənin paytaxtı qaranlığa qərq oldu
DÜNYA
06 May 2025 | 20:00

Yəmənin paytaxtı qaranlığa qərq oldu

"Ənsar Allah" üsyançı hərəkatının husilərin nəzarətində olan Yəmənin paytaxtı Sənada İsrailin hava hücumlarından sonra elektrik enerjisi kəsilib.

Bakıvaxtı.az xəbər verir ki, mənbələrin məlumatına görə, İsrail aviasiyası paytaxt regionunda ən azı üç elektrik stansiyasına zərbələr endirib. Hücumlar elektrik şəbəkəsi obyektlərinə ziyan vurub, Səna və ətraf ərazilərdə geniş şəkildə elektrik kəsilməsinə səbəb olub. Səna əyalətində fövqəladə xidmətlər İsrailin hava hücumu nəticəsində zədələnmiş Dahban elektrik stansiyasındakı yanğını lokallaşdırmağa çalışır. Mərmilər nəticəsində stansiyanın yaxınlığında yerləşən ticarət obyektlərinə də ziyan dəyib.


SON XƏBƏRLƏR