• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etdilər
SİYASƏT
22 Avqust 2025 | 22:15

Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etdilər

ABŞ Dövlət katibi Marko Rubio və Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yermakın müşaviri Aleksandr Bevz məlumat yayıb.

Tərəflərin zəmanət modelini gələn həftənin sonuna qədər tamamlamağı planlaşdırdıqları bildirilir.

Bevzin sözlərinə görə, hərbi zəmanətlər silah tədarükünü, Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyini, kəşfiyyat məlumatlarının mübadiləsini, eləcə də təlim və məşq missiyalarının təmin edilməsini əhatə edir. Danışıq iştirakçılarının NATO Nizamnaməsinin kollektiv müdafiə haqqında 5-ci maddəsinin uyğunlaşdırılmış versiyası üzərində də iş apardıqları qeyd edilib.


SON XƏBƏRLƏR

22 Avqust 2025