• Bakı 15° C

    15.26 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Yevlaxda Mersedes Kamazla toqquşdu: ölənlər var
HADİSƏ
26 Oktyabr 2025 | 19:56

Yevlaxda "Mersedes" "Kamaz"la toqquşdu: ölənlər var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Yuxarı Qarxun kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mersedes" və “Kаmaz” markalı iki yük avtomobili toqquşub, 2 nəfər yük avtomobilində sıxılı vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR

25 Oktyabr 2025