Ukrayna Prezidenti Volodimir Zelenski VI Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyaya gedəcək.
Bakıvaxtı.az-ın məlumatına görə, Zelenski bunu Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tədbirdə iştirakla bağlı qərar çoxdan qəbul edilib.