• Bakı 28° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Zəvvarları daşıyan avtobus qəzaya uğradı - ölən və yaralananlar var
HADİSƏ
13 Avqust 2025 | 17:23

Zəvvarları daşıyan avtobus qəzaya uğradı - ölən və yaralananlar var

İranlı zəvvarları daşıyan avtobus İraqda qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azad Iran” Telegram kanalı İranın Fövqəladə Hallar İdarəsinə istinadən məlumat yayıb.

Qəza nəticəsində dörd nəfər həlak olub, 57 nəfər yaralanıb.

Qeyd olunub ki, qəza avtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində baş verib. İran Qızıl Aypara Cəmiyyəti yaralıların xəstəxanaya yerləşdirilməsi üçün hadisə yerinə 10 əməliyyat qrupu göndərib.


SON XƏBƏRLƏR

13 Avqust 2025