• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

10 min dollara civə satmaq istəyən şəxs tutuldu - VİDEO

CƏMİYYƏT

26 Iyul 2022 | 12:26 | Müəllif: Qalib İbrahimoğlu

10 min dollara civə satmaq istəyən şəxs tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, həyata keçirilən tədbir nəticəsində həmin şəxs Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. Fakla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Cinayət işi başlanılıb. Məhkəmə tərəfindən Toğrul Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026