• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

11 ayda 437 milyon manat ipoteka krediti verilib

İQTİSADİYYAT

26 Dekabr 2023 | 11:18

11 ayda 437 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 436,7 milyon manat kredit verilib.

Bakıvaxtı.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 29,2 % artaraq 452,6 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 1,3 % azalaraq 370 milyon manata, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 87,6 milyon manata düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR