"Efirdə görünməməyimin səbəbi özüməm. Getmirəm... Bəzi veriliş var gediləsidir, bəziləri isə gediləsi deyil. Şou verilişlərində qıtlıq yaranıb. Sayılıb-eçilən verilişlərə qatılıram".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev "1 AzTV" verilişində deyib. Sənətçi verilişlərə qatılmamaq səbəbini açıqlayıb. O bildirib ki, verilişləri bəyənmir.
Formada qalmağından danışan Abdullayev bildirib ki, yeyib-içdiklərinə diqqət edir:
"12 ildir üzməyə gedirəm. Canımın qədrini bilirəm. Hər yeməyi yemirəm".
Bəstəkarlıq fəaliyyəti ilə bağlı suala Elvin "İldə bir-iki mahnı bəstələyirəm. Onu da oxumaq üçün düzgün ifaçıya verirəm" cavabını verib.







jpg-1692602154.webp)








