• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

12 ton narkotik tərkibli bitki məhv edildi - FOTOLAR

CƏMİYYƏT

23 Iyun 2023 | 15:16

12 ton narkotik tərkibli bitki məhv edildi - FOTOLAR

Şəkidə 12 ton narkotik tərkibli bitki məhv edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.

Keçirilən tədbir zamanı rayonun Çapağan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 12 ton olan 16 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


12 ton narkotik tərkibli bitki məhv edildi - FOTOLAR12 ton narkotik tərkibli bitki məhv edildi - FOTOLAR12 ton narkotik tərkibli bitki məhv edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026