• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

17 yaşlı qız 50 yaşlı kişiyə ər verilib? - YENİLƏNİB

CƏMİYYƏT

12 Dekabr 2022 | 12:12

17 yaşlı qız 50 yaşlı kişiyə ər verilib? - YENİLƏNİB

Bakıvaxtı.az xəbər verir ki “Qafqazinfo”ya daxil olan məlumata görə, sosial şəbəkələrdə görüntüləri yayılan və gənc qızla evləndiyi bildirilən şəxs 1971-ci il təvəllüdlüdür. O, uzun müddətdir Rusiyada yaşayır və orada biznes fəaliyyəti göstərir. Nikaha daxil olan 23 yaşlı qız isə Bakı şəhər Nərimanov rayon qeydiyyatındadır.
 

 

11:22

Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə məlumat polis tərəfindən araşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb:

“Araşdırma zamanı məlum olub ki, qızın 17 yaşı tamam olub. Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis Şöbəsində araşdırmalar davam etdirilir”, Eşqin Qasımov deyib.

Qeyd edək ki, Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026