• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

2 nəfər imtahandan xaric edildi - DİM

CƏMİYYƏT

16 Aprel 2022 | 15:56 | Müəllif: Qalib İbrahimoğlu

2 nəfər imtahandan xaric edildi - DİM

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt (I hissə), Lənkəran və Gəncə (Kəpəz) şəhərlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Bu gün, həmçinin tədrisi gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər.

Bu barədə Bakıvaxtı.az-a DİM-dən bildirilib.

Qeyd olunub ki, ilkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026