• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“3-cü ixtisas qrupu abituriyentlərinə haqsızlıq edilir” - EKSPERT

CƏMİYYƏT

24 Avqust 2021 | 10:48

“3-cü ixtisas qrupu abituriyentlərinə haqsızlıq edilir” - EKSPERT

“Artıq 4 ildən çoxdur ki, ali məktəblərə qəbul imtahanlarından sonra 3 - cü ixtisas qrupu abituriyentlərinə ciddi haqsızlıq edilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, düzdür, 2022-ci ildə bu problemin həllinə nail olacağıq, amma bu il üçün əməli tədbir görülməlidir: “Bu il üçüncü qrup üzrə təklif edilən yerlərin sayı abituriyentlərin sayından aşağıdır. Belə ki, 16 min 567 abituriyent 12 min 853 yer üçün mübarizə aparır. Ayrılan yerlərin sayı az olduğundan 4 minə yaxın abituriyent ali məktəbə qəbul ola bilməyəcək.

İkinci qrup üzrə isə 13 min 642 yer üzrə cəmi 8 min abituriyent mübarizə aparır. Bu qrupda 5 mindən çox plan yeri boş qalacaq”.

Kamran Əsədov bildirib ki, Təhsil Nazirliyi onsuzda yaz və payız sessiyasından sonra tələbələrin köçürülməsi zamanı 3 cü qrup abituriyentlərinə 2-ci qrupu seçmək imkanı verir: “Deməli, indi də 3 cü qrup üzrə ali məktəblərə qəbul ola bilməyən abituriyentlərə 2-ci qrup üzrə ixtisasları 2-ci turda, boş qalan plan yerlərinə seçmək imkanı verilməlidir.

Bu həm tələbələrin xaricdə təhsil almasının qarşısını almaq, həm də universitetlərin də iqtisadi vəziyyəti üçün vacibdir.

2-ci qrup üzrə azı 5 min olan yeri boş qalacaq. Bu da azı 12.500.000 min manat vəsait itkisidir ki, həmən vəsait də universitetlərin iqtisadi inkişafına maneə yaradır”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR