Yağış suları Yasamal Yaşayış Kompleksinin ərazisində və onun ətrafındakı yolları keçilməz edib.
Bakıvaxtı.az xəbər verir ki, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən və Mənzil İnşaat Dövlət Agentliyinin(MİDA) sifarişi əsasında inşa edilən Yasamal Yaşayış Kompleksinin sakinləri yağış sularından əziyyət çəkirlər.
Zəruri olan yerlərdə yağış-kanalizasiya xətlərinin olmaması və yağış barmaqlıqlarının quraşdırılmaması nəricəsində yolları su basıb.
Qeyd edək ki, 2008-ci ildə açılışı olan yaşayış kompleksinin zirzəmisi su ilə dolub.
Ramid İbrahimov
















