• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Əlilliyi ləğv edilən vətəndaşın şikayəti araşdırılıb - Rəsmi cavab 

CƏMİYYƏT

29 Oktyabr 2021 | 17:50

Əlilliyi ləğv edilən vətəndaşın şikayəti araşdırılıb - Rəsmi cavab

Sosial şəbəkə səhifələrindən birində yayılan görüntülərdə Şəki rayon sakini Hacı-Uğurliyev Əli Tofiq oğluna əlillik təyin olunmasından imtina edilməsinə görə narazılıq bildirməsi ilə əlaqədar araşdırma aparılıb.

“Hacı-Uğurliyev Əli Tofiq oğlunun əlillik dərəcəsindən məhrum edilməsi barədə sosial şəbəkə səhifələrindən birində səsləndirdiyi şikayəti əsassızdır”.

Bunu Bakıvaxtı.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib.

“Onun əlilliyi müddətli olub və iyunun 25-də müddət başa çatıb. Ona dair səhiyyə müəssisəsinin elektron göndərişində əsas diaqnoz “üzvi mənşəli şəxsiyyət pozğunluğu, intellektin enməsi” olsa da, aidiyyəti qurumun məlumat bazasında onun 2017-2027-ci il müddəti üçün aktiv B kateqoriyalı sürücülük vəsiqəsinin olduğu aşkarlanıb. Göndərişdə qeyd edilən diaqnozla şəxsin aktiv sürücülük vəsiqəsinin olması qanunvericiliyə uyğun olaraq ziddiyyət yaratdığı üçün əlillik təyin edilməsindən imtina qərarı verilib. Məlumat üçün bildiririk ki, üzvi mənşəli şəxsiyyət pozğunluğu olan şəxslərin sürücülük vəsiqəsi alması, avtomobil idarə etməsi qanunla qadağandır. Buna baxmayaraq, vətəndaşın müraciəti əsasında o əyani müayinə olunub və hazırki vəziyyətinin əlillik səviyyəsində olmadığı müəyyən edilib. İmtina qərarı qüvvədə saxlanılıb”, - deyə T.Qurbanov bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR