Macarıstanda magistral yolda zəncirvari yol-nəqliyyat hadisəsi olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə paytaxt Budapeşt yaxınlığında qeydə alınıb. 41 avtomobilin toqquşması nəticəsində 13-ü ağır olmaqla 36 nəfər xəsarət alıb.
Qəza nəticəsində 19 avtomobildə yanğın baş verib.
Avtomobillər yararsız hala düşüb.
Nuranə














