• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

5000-dən çox Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub

SİYASƏT

10 Mart 2022 | 11:19

5000-dən çox Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən indiyədək ümumilikdə, 5000-dən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub.

Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, indiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub.

Qeyd olunub ki, Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR