• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

54 nəfər peşə hazırlığı ilə bağlı şəhadətnamə əldə edib

CƏMİYYƏT

12 Avqust 2024 | 11:34 | Müəllif: Əli Hüseynov

54 nəfər peşə hazırlığı ilə bağlı şəhadətnamə əldə edib

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən gənclərin qiymətləndirilməsi aparılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, iştirakçıların kurs müddətində biliklərə yiyələnmə səviyyəsini yoxlamaq məqsədi daşıyan qiymətləndirmə kompüter istifadəçisi, tikişçi, kişi və qadın bərbəri, aşpaz köməkçisi, bədii oyma, toxuculuq və dulusçuluq peşələri daxil olmaqla 8 istiqamət üzrə keçirilib.

Ümumilikdə 19 nəfərin qazandığı yeni bilik və bacarıqlarla bağlı hazırlıq səviyyələri yoxlanıb.

İmtahan komissiyasının qərarına əsasən onlardan 15 nəfərinə şəhadətnamə, 4 nəfərinə arayış təqdim edilib. Ümumilikdə isə 2024-cü il ərzində müəssisədə üç dəfə qiymətləndirilmə aparılıb və kursları 54 nəfər şəhadətnamə ilə bitirib.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi həmin kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası üçün mütəmadi tədbirlər görür. Mərkəzdə fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026