• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

58 təcili yardım maşınına atəş açılıb, 6 həkim öldürülüb - Ukraynada

DÜNYA

23 Mart 2022 | 21:06

58 təcili yardım maşınına atəş açılıb, 6 həkim öldürülüb - Ukraynada

Rusiya hərbi qüvvələri Ukraynada 58 təcili tibbi yardım maşınına atəş açıb və 6 ukraynalı həkimi öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna səhiyyə naziri Viktor Lyaşko Feysbuk səhifəsində məlumat verib.

"Müharibə hər şeyi dəyişdi: planları, prioritetləri, rəyləri. Mən heç vaxt düşünməmişdim ki, tibb işçiləri üçün gülləkeçirməz jiletlər alacağıq. Amma Rusiyadan gələn terrorçuların hərəkətləri ucbatından artıq 58 təcili tibbi yardım maşını atəşə tutulub və 6 nəfərimiz həlak olub”, - nazir qeyd edib.

Nazir əlavə edib ki, bu gün gülləkeçirməz jiletlərin ilk partiyası hər şeyə baxmayaraq, güllələr altında aktiv döyüş zonasının sərhədində ukraynalıları xilas edən təcili tibbi yardım işçilərinə təhvil verilib.

Qeyd edək ki, martın 21-nə kimi Ukraynada müharibə başlayandan bəri xəstəxanalara və həkimlərə 52 hücum qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026