• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Göyçayda itkin düşən qadının meyiti iki gün sonra su kanalında tapıldı - YENİLƏNİB

HADİSƏ

17 Avqust 2023 | 21:36

Göyçayda itkin düşən qadının meyiti iki gün sonra su kanalında tapıldı - YENİLƏNİB

Göyçayda itkin düşən 65 yaşlı qadının meyiti tapılıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, Göyçay şəhər sakini, 1958-ci il təvəllüdlü Ələsgərova Lətifə Mehdi qızının avqustun 15-də itkin düşməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində 65 yaşlı qadının meyiti tapılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçayda yaşadığı evdən çıxaraq geri qayıtmayan Lətifə Ələsgərovanın meyiti bu gün axşam saatlarında Məlikkənd kəndindəki su kanalında aşkarlanıb. Onun özünə qəsd etdiyi ehtimal edilir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***20:58

Göyçay rayon sakini itkin düşüb.

Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, Göyçay şəhər sakini, 1958-ci il təvəllüdlü Ələsgərova Lətifə Mehdi qızı avqustun 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Ailə üzvləri onun itkin düşməsi barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, itkin düşən qadının tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR