Türkiyəli sənətçi Mahsun Kırmızıgül yeni qərarı ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, müğənniliklə yanaşı aktyorluq karyerası ilə də adından söz etdirən Mahsun Kırmızıgül 8 ildən sonra çəkiliş meydançasına qayıdıb.
Belə ki, "MedYapım"la birlikdə ortaq çəkiləcək filmin kod adı "G.A.D" olaraq təqdim olunub.
Verilən məlumatlara əsasən, sənətçi serialın həm quruluşçu rejissoru, həm də rejissoru olacaq. Filmin Kapadokiya və Qaradənizdə çəkiləcəyi deyilir.
Qeyd edək ki, Mahsun Kırmızıgül ən son 2015-ci ildə "Şəhərin mələkləri" filmini ərsəyə gətirib.
Xəyalə Rza