• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

9 saatlıq kosmos səyahəti - Rekord qırıldı

DÜNYA

19 Dekabr 2024 | 21:36 | Müəllif: Subhan Mahmudov

9 saatlıq kosmos səyahəti - Rekord qırıldı

Çin Kosmik Agentliyinin astronavtları kosmos stansiyasında 9 saatlıq kosmos gəzintisi ilə ABŞ-ın 2001-ci ildən bəri sahib olduğu kosmos rekordunu qırıblar.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ rekordu 8 saat 56 dəqiqə idi.

Astronavtlardan ikisi təhlükəsizlik kabelləri vasitəsilə Venteyn Laboratoriya Modulundan çıxıb. Kosmik stansiyada bir astronavt qalıb və texniki dəstək göstərilib.

Astronavtlar xoşbəxtliklərini minnətdarlıq hissi ilə ifadə edərək : "Bizə kosmosda gəzinti etmək şansı qazandıran zəhmətinizə görə hamınıza təşəkkür edirəm. İnsanların kosmosa uçmasının məqsədi estafet yarışıdır və biz onun bir addımındayıq. Gələcəyə birlikdə səy göstərməyə və irəliləməyə davam edək" sözlərini deyiblər./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026