• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Abdulkadir Emin: "Azərbaycan parlamenti daha böyük uğurlara imza atacaq"

SİYASƏT

02 Sentyabr 2024 | 10:29 | Müəllif: Əli Hüseynov

Abdulkadir Emin: "Azərbaycan parlamenti daha böyük uğurlara imza atacaq"

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan parlamentinin yeni tərkibinin daha böyük nailiyyətlər qazanacağına inanıram.

Bakıvaxtı.az xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının sədri, TBMM-in üzvü Abdulkadir Emin Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçkilər dinc şəraitdə baş tutub: "Azərbaycanda keçirilən parlament seçkilərində demokratiklik olduğunu müşahidə etdik. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni parlamentinin daha böyük nailiyyətlərə imza atacağına inanıram. Gələcək illərdə də Türkiyə və Azərbaycan arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümidvarıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026