• Bakı 27° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

ABL: Bu gün daha iki oyun keçiriləcək

İDMAN

27 Fevral 2025 | 09:45

ABL: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının XV turunda bu gün daha iki oyun keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, hər iki qarşılaşma B qrupunda baş tutacaq.

“Ordu” klubu “Sərhədçi” İdman Mərkəzində “Quba” ilə üz-üzə gələcək. “Ordu” qrupda 24 xalla ikinci pillədə qərarlaşıb. 18 xala malik "Quba" isə beşincidir.

Digər matç Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. “Sumqayıt” doğma meydanda “Gəncə” ilə qarşılaşacaq. “Gəncə” 24 xalla qrup lideridir. 4-cü yerdə olan “Sumqayıt”ın isə 19 xalı var.

Hər iki görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, turun ötən gün baş tutan “Neftçi” - “Abşeron” matçı birincilərin 80:56 hesablı qələbəsi ilə yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026