Keçmiş prezident Donald Trampla bağlı iddia ABŞ-da ən çox danışılan məsələlərdən biridir.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, Trampın prezidentliyi dövründə rəsmi sənədləri cırıb tualetə atdığı iddia edilir. Bu iddia “Güvən adamı: Donald Trampın doğulması və Amerikanın süqutu” kitabında yer alıb.
Trampın Ağ Evdəki dövrü ilə bağlı maraqlı qeydlərin yer aldığı kitabda tualetin vaxtaşırı çap kağızları ilə tıxandığını aşkar edən Ağ Ev işçilərinin eks-prezidentin bu kağızları tualetə tökdüyünə inandığı qeyd olunub.
Haqqında söhbət aşılan kitab bu gün təqdim olunacaq.
Nuranə Daxilqızı
















