• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ bu ölkənin məhsullarına rüsumları azalda bilər

DÜNYA

27 Mart 2025 | 05:22 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ bu ölkənin məhsullarına rüsumları azalda bilər

Çin TikTokun ABŞ-da fəaliyyətini davam etdirməsi üçün satışını təsdiqləsə, ABŞ bu ölkənin məhsullarına rüsumları azalda bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"TikToku almaq üçün bir çox yol var və biz ölkəmiz üçün ən yaxşısını tapacağıq. Mən ölkəmizə hər şeydən çox əhəmiyyət verirəm. TikToka gəlincə, Çin bu işdə rol oynamalıdır. Bəlkə sövdələşməni təsdiqləyəcəklər. Ola bilər ki, mən onlara qarşı tətbiq olunan rüsumları bir az endirim və ya buna nail olmaq üçün onlara nə isə verim. Bilirsiniz, siyahıdakı hər mala qarşı tətbiq olunan rüsum TikTokdan daha baha başa gəlir. Ona görə də Çini buna məcbur etmək üçün mən misal olaraq rüsumları endirə bilərəm”, - Tramp deyib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026