Çinin Cənubi Çin dənizinin mübahisəli sularında "təhlükəli və qanunsuz" fəaliyyəti müəyyən polemikalara səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə rəsmi ABŞ məlumat yayıb. Belə ki, ABŞ-nin dövlət katibi Antoni Blinken verdiyi açıqlamada Çinin Cənubi Çin dənizinin mübahisəli sularında "təhlükəli və qanunsuz" fəaliyyətindən narahat olduqlarını və ölkəsinin bölgədə gəmiçilik azadlığını qorumağa davam edəcəyini bəyan edib:
"Çinin Cənub və Şərqi Çin dənizlərində getdikcə daha təhlükəli və qeyri-qanuni hərəkətlərindən narahat olmağa davam edirik".
Blinken həmçinin Tayvan boğazında sabitliyin qorunması üçün ASEAN ölkələri ilə birgə işlərinin davam etdirilməsinin vacibliyini qeyd edib.
Əli Hüseynov














jpg-1731181221.webp)

