• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"ABŞ-dan qorxmuruq" - Van İ

DÜNYA

20 Dekabr 2021 | 10:50

"ABŞ-dan qorxmuruq" - Van İ

“Çin hakimiyyəti ABŞ-la qarşıdurmadan qorxmur, bununla belə qarşılıqlı fayda verəcək və bərabərhüquqlu əməkdaşlığa da hazırdır”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.

“Biz qarşıdurmadan qorxmuruq, ancaq qarşılıqlı əməkdaşlığa həmişə cəhd göstərəcəyik. Əməkdaşlıq hər iki tərəf üçün faydalıdlr. Ancaq düşmənlikdən Çinlə yanaşı, ABŞ da ziyan görəcək”, - Van İ çinli diplomatlar üçün keçirilən simpoziumda deyib.

Onun sözlərinə görə, rəsmi Pekin bərabərhüquqlu və qarşılıqlı fayda verəcək dialoqa hazırdır: “Ümid edirik ki, ABŞ iki dövlətin liderləri arasında əldə edilən konsensusa uyğun fəaliyyət göstərəcək və öz sözünü tutacaq”.

Qeyd edək ki, bu il noyabrın 16-da ABŞ Prezidenti Cozef Baydenlə Çin sədri Si Szinpin arasında video-konfrans formatında görüşü olub. Onlar əməkdaşlığa dair məsələləri müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026