• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiyada koronavirusa görə karantin müddəti azaldıldı

DÜNYA

19 Yanvar 2022 | 01:33 | Müəllif: Subhan Mahmudov

Rusiyada koronavirusa görə karantin müddəti azaldıldı

Rusiyada koronavirusa yoluxma ilə əlaqədar karantin müddəti 7 günə endirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Tatyana Qolikova bildirib.:

“Digər ölkələrdə olduğu kimi, biz də vətəndaşların karantin və laboratoriya müayinələrinə yanaşmaları optimallaşdırırıq, o cümlədən karantin müddətlərini 7 günə qədər azaldırıq, həmçinin Rusiyanın baş sanitar həkiminin qərarları ilə tezliklə qəbul ediləcək bir sıra dəyişikliklər edirik”.

Qolikova onu da qeyd edib ki, səlahiyyətli strukturlar bu tədbirlərin effektinə nəzarət edəcək:

“Əgər şərtlərə əlavə düzəliş tələb olunarsa, o zaman biz bunu həyata keçirəcəyik”.

Hazırda Rusiya Federasiyasında koronavirus pandemiyası ilə əlaqədar müəyyən edilmiş karantin müddəti 14 gündür.

Xatırladaq ki, qonşu Gürcüstanda da karantin müddətinin 12 gündən səkkiz günədək azaldılması ilə bağlı protokol hazırlanıb.(Oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026