İsrailin Qəzzada törətdiyi cinayətlərə dəstək verən, Rusiya-Ukrayna və Çin-Tayvan gərginliyini qızışdıran ABŞ-dan qorxulu açıqlama gəlib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Birləşmiş Ştatlar Xirosimaya atılan bombadan 24 dəfə böyük olan nüvə bombası üzərində işləməyə başlayıb.
Çin 2030-cu ilə qədər nüvə başlığı arsenalını ikiqat artıracağını bəyan etdikdən sonra Pentaqon hazırlanmaqda olan B-21 Raider döyüş təyyarəsindən atılacaq B61-13 impuls bombasının 360 kilotonluq məhvə səbəb olacağını açıqlayıb.
Yeni silahın Konqres tərəfindən təsdiqlənməli olduğu bildirilib. Pentaqon prezident Co Baydenə başqa alternativlərin də təqdim ediləcəyini bildirib.B61-13 bombaları prezidentə müəyyən sərt və geniş hərbi hədəflərə qarşı əlavə seçimlər təqdim etməklə düşmənlərin qarşısının alınmasını, müttəfiq və tərəfdaşların əminliyini gücləndirəcək.
Müdafiə Nazirinin Kosmik Siyasət üzrə müavini Con Plumb yeni silahla bağlı açıqlamalarında B61 cazibə bombasının nüvə qarşısının alınmasının təməl daşı olduğunu bildirib.
ABŞ-ın cəmi 3700 nüvə başlığına malik olduğu bildirilib. Həmçinin, Baydenin Xirosima kimi nüvə dəhşətindən qaçmaq üçün 2020-ci il seçki kampaniyasında nüvə silahı olmayan dünya vəd etdiyi xatırladıldı. Bununla belə, İngilis Daily Mail ABŞ-ın hazırda İkinci Dünya Müharibəsindən daha çox nüvə silahı cəhdi ilə məşğul olduğunu bildirərək hazırlanmış atom bombasının 1 milyon insanı öldürə biləcəyinə diqqət çəkib. 5,5 kilometrlik əraziyə təsir edə biləcək bombanın çox ciddi radioaktiv qalıq buraxacağı da vurğulanıb.
Ay Tac















