• Bakı C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

ABŞ-dən kondisioner tədarükü bərpa edildi

CƏMİYYƏT

10 Fevral 2026 | 13:09

ABŞ-dən kondisioner tədarükü bərpa edildi

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 75,6 milyon ABŞ dolları dəyərində 302 min 967 ədəd kondisioner idxal edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,4 %, kəmiyyət olaraq – 7,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 68,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % çox) 280 min 447 ədəd (+18 %), Tailanddan 3 milyon ABŞ dolları dəyərində (-46 %) 11 min 75 ədəd (-46 %), Özbəkistandan 2,6 milyon ABŞ dolları dəyərində (-48 %) 10 min 683 ədəd (-51 %), Qazaxıstandan 694 min ABŞ dolları dəyərində 10 ədəd (1 il əvvəl tədarük olmayıb), Türkiyədən 514 min ABŞ dolları dəyərində (+2 %) 163 ədəd (-62 %) məhsul alıb.

Azərbaycan 3 ilin tamamında Amerika Birləşmiş Ştatlarından tədarükü (170 min ABŞ dolları dəyərində 9 ədəd) bərpa edib.


SON XƏBƏRLƏR

09 Fevral 2026