• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ kəşfiyyatı Putinin “əsl niyyəti”ni açıqladı: Yeni başlayır..

DÜNYA

11 May 2022 | 17:11 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ kəşfiyyatı Putinin “əsl niyyəti”ni açıqladı: Yeni başlayır..

ABŞ kəşfiyyatı Rusiya Prezidenti Vladimir Putinin "əsl niyyətləri”n" təsvir edərək, onun Ukraynada uzunmüddətli müharibəyə hazırlaşdığını və hətta şərqdəki qələbənin belə potensial olaraq münaqişəyə son qoymayacağı barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın xəbərdarlığı Rusiyanın ərazi əldə etməyə çalışdığı Şərqdə şiddətli döyüşlərin davam etdiyi bir vaxtda edilib. Ukraynanın paytaxtı Kiyevi ələ keçirmək cəhdində müqavimətlə üzləşən Rusiya qoşunlarını yenidən Donbass bölgəsini ələ keçirməyə yönəldib. Lakin buna baxmayaraq, ABŞ kəşfiyyatı Rusiya qüvvələrinin çıxılmaz vəziyyətdə qaldığını bildirib.

Milli Kəşfiyyatın direktoru Avril Haynes ABŞ Senatının komitə iclasında deyib ki, Putin Donbassdan kənarda da hədəflərə çatmaq niyyətindədir, lakin ambisiyaları ilə Rusiyanın mövcud adi hərbi imkanları arasında uyğunsuzluqla üzləşib.

Haynes yaxın iki ayda Ukraynada əhəmiyyətli münaqişələrin olacağını proqnozlaşdırıb. O, Rusiyanın Donbassı ələ keçirsə belə, müharibəni bitirməyəcəyini və Kiyevdəki uğursuz gedişdən sonra diqqəti Donbassa yönəltməyin yalnız müvəqqəti dəyişiklik olduğunu bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026