2019-2020-ci illərlə müqayisədə ABŞ-nin Nyu Meksiko ştatında ABŞ-Meksika sərhədi yaxınlığında miqrant ölümləri 10 dəfə artıb.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, miqrant ölümlərin yarıdan çoxunu 20-29 yaşarası qadınlar təşkil edib.
Bildirilib ki, sərhədi yorğun, susuz və qidasız keçən miqrantlar qaçaqmalçılar tərəfindən Texasın qərbindəki səhraya, kanyonlara və dağlara yönəldilərək öldürülüb.
Mütəxəssislər mühacirlərin ölüm nisbətinin artmasının səbəbini dəqiq bilməsələr də, qaçaqmalçıların onlarla daha sərt davrandığını və yay aylarında həddindən artıq isti nəticəsində öldüklərini təxmin edirlər.
Gülşən Şərif









jpg-1731585289.webp)



