ABŞ-nin Livandakı səfirliyinə hücum edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, suriyalı vətəndaş ABŞ-nin Beyrutdakı səfirliyinə atəş açıb və diplomatik missiyanın girişinə yaxın ərazidə yanğına səbəb olub.
Hücum edən şəxs yaralanıb və Livan hərbçiləri tərəfindən saxlanılıb.
Səfirlikdən bildirilib ki, obyektlərə və diplomatik heyətə toxunulmayıb və hazırda təhlükəsizdir.
Mina Mikayılova







jpg-1720159659.webp)








